İmişlidə ferma yanıb - VİDEO

İmişli rayonunda ferma yanıb.

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Otuziki kəndində yerləşən Qismət Qoca oğlu Quliyevə məxsus mal-qara fermasında baş verib.

Yanğın zamanı fermanın yanar konstruksiyaları və içəridə olan 1000-dən çox ot bağlaması yanıb. Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə fermanın həyətində tullantıların yandırılması səbəbi ilə baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb. 

DİGƏR XƏBƏRLƏR

Top