Çay evində 3 nəfəri bıçaqlayanlar həbs edildi

Mingəçevirdə çay evində baş vermiş bıçaqlanma hadisəsini törədənlər istintaqa cəlb olunub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilir ki, iyulun 27-də saat 02 radələrində Mingəçevir şəhərində “083” adlı çay evində şəhər sakinləri Kənan Quliyev və Razi Əliyev şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Elmir Hüseynov, Vüqar İbrahimov və Soltan Səlimova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

Faktla Cinayət Məcəlləsinin 126.2.1-ci (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb

İş üzrə zəruri ekspertizalar təyin edilib, şahidlər dindirilib, cinayətin törədilməsində istifadə olunan bir ədəd bıçaq maddi sübut kimi götürülüb  və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Cinayətin Kənan Quliyev və Razi Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top