
İtaliyanın şimalındakı Saonara qəsəbəsi, ictimai yerlərdə hər hansı bir dini inancın müqəddəs dəyərlərini təhqir etməyi qadağan edib.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, qadağanı pozanlar 400 avro (760 manat) pul cəzası ilə cərimələnəcəklər. 10 min nəfər əhalisi olan qəsəbənin bələdiyyə sədri bu qərarı "ictimai tərbiyəyə və üçüncü şəxslərin inancına hörmətsizlik" olduğuna görə qəbul etdiklərini bildirib.
Bələdiyyə sədri Valter Stefan bunun sadəcə dini deyil, eyni zamanda mədəni bir problem olduğunu bildirib: "Qadağa bütün müqəddəs dəyərləri əhatə edəcək - Allahı da, Buddanı da, Məhəmmədi də. Hər kəs öz evində istədiyini deməkdə azaddır. Ancaq bizim məqsədimiz xüsusilə 18 yaşdan aşağı təbəqədə formalaşan pis vərdişə son verməkdir".
Qeyd edək ki, 1999-cu ildən etibarən İtaliyada dini inancları təhqir etmək cinayət sayılmır.
Tətbiqimizi yükləyə bilərsiniz