Rusiyalı müxalifətçi həbsxanada zəhərlənib? - İDDİA


Rusiyalı müxalifətçi Aleksey Navalnı allergiya diaqnozu ilə xəstəxanaya aparılsa da həkim onun qaldığı həbsxanada zəhərlənə biləcəyini iddia edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiyanın müxalifət lideri Aleksey Navalnı bu ayın 24-ü qanunsuz etiraz aksiyaları təşkil etməklə təqsirləndirilmiş və 30 gün müddətinə həbs edilmişdi. Ötən gün müxalifət lideri şiddətli allergiya reaksiyası diaqnozu ilə xəstəxanaya aparılsa da, onun həkimi Anastasiya Vasilyeva A. Navalnının həbsxanada zəhərlənmiş ola biləcəyini iddia edir.
A. Vasilyevanın sözlərinə görə aparıldığı xəstəxanada onun Navalnını müayinə etməsinə imkan verməyiblər. O, müxalifət liderinin heç bir allergiya xəstəliyinin olmadığına əminliyini dilə gətirib.
Qeyd edək ki, ötən həftə Moskva Şəhər Dumasına keçiriləcək seçkilərdə müstəqil namizədlərin iştirakına icazə verilməməsinə qarşı etiraz aksiyaları keçirilib. Rusiya polisinin verdiyi məlumata əsasən etiraz aksiyalarında 300, müxalifət mənbələrinin verdiyi məlumata əsasən isə 500-dən çox aksiya iştirakçısı saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top