
İyulun 29-da Rostov vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, Moskvadan Azərbaycana hərəkət edən 20-EB-289 nömrə nişanlı mikroavtobus yük maşınına çırpılıb.
Nəticədə mikroavtobusun sürücüsü və bir sərnişin həlak olub, 6 nəfər xəsarət alıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. İlkn fərziyyəyə görə, hadisəyə yüksək sürət və düzgün ara məsafəsinin saxlanılmaması səbəb olub.
Qəza M4 “Don” magsitralının 954-cü kilometrində baş verib.