Həcc ziyarətinə getmək üçün əlavə kvota gözlənilirmi? - RƏSMİ CAVAB

Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciətlər 1400 nəfərlik kvotadan daha çoxdur.

Yeniavaz.com Trend-ə istinadla xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

İdarədən bildirilib ki, Azərbaycan üçün qoyulan kvota artıq bir neçə gün öncə dolub, lakin getmək istəyənlər hələ də müraciət edirlər. Əlavə kvotanın ayrılıması üçün müraciət etmək məsələsinə gəlincə isə bunun artıq gec olduğu qeyd edilib.

Vurğulanıb ki, artıq hotellər, təyyarələr sifariş edilib və bundan sonra yenidən sifariş etmək gecdir.

Xatırladaq ki, zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top