Rusiyada azərbaycanlını güllələyən şəxs axtarışa verildi - VİDEO - YENİLƏNİB

Rusiyada 27 yaşlı azərbaycanlının öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. 

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən İvanov şəhərinin 33 yaşlı sakini axtarışa verilib. 

Qeyd edək ki, hadisə dünən İvanov şəhərinin Puşkin meydanındakı “Rokko” barında baş verib.

Şəhər sakini cibindən çıxardığı tapançadan azərbaycanlının başına atəş açıb və hadisə yerindən qaçıb. 

Güllə yarası alan 27 yaşlı gənc hadisə yerində keçinib.

***  13:06
Barda güllələnən azərbaycanlı gəncin adı məlum olub

Rusiyada azərbaycanlı gəncin öldürülməsi anını əks etdirən  videogörüntülər yayılıb. 

Yeniavaz.com "Report"a istinadla xəbər verir ki, öldürülən azərbaycanlı gənc bir neçə nəfərlə mübahisə edir. Mübahisə zamanı əlində odlu silah olan şəxs yaxın məsafədən atış açaraq Quba rayonu, Talabıqışlaq kənd sakini 30 yaşlı Fazil Saməddin oğlu Balayevin güzündən vurur. O, aldığı güllə yarasından yerindəcə ölür. 

Silahlı insident zamanı ətrafdakılar hadisəyə soyunqanlılıqla yanışırlar. 

***  11:50  

Azərbaycanlı kişini barda belə güllələdilər - VİDEO

Rusiyadakı barlardan birində 27 yaşlı azərbaycanlının öldürülməsinin görüntüləri yayılıb. 

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən İvanov şəhərinin Puşkin meydanındakı “Rokko” barında baş verib. 

Videodan görünür ki, barda baş verən mübahisə zamanı bir nəfər cibindəki silahı çıxarır və azərbaycanlı gəncə atəş açır. 

Daha sonra silahlı şəxs aradan çıxır. Azərbaycanlı isə başından aldığı güllə yarasından hadisə yerində keçinir.

DİGƏR XƏBƏRLƏR

Top