![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/7/28/1/ea4e4a7c-af77-44aa-9b00-2dfcdf35a6d9/bakida-qeza-07.jpg)
Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Bibiheybət məscidinin yaxınlığında “VAZ 2107” markalı avtomobillə “Mercedes” markalı maşın toqquşub.
Nəticədə “VAZ 2107”-də olan, təxminən 28-30 yaşlı sərnişin ölüb. Bundan başqa, həmin avtomobildə olan 3 sərnişin və “Mercedes”in sürücüsü xəsarət alaraq 1 saylı xəstəxanaya yerləşdirilib.(APA)