Kərə yağından heykəllər


ABŞ-da ilk dəfə Aya uçan “Apollon-11” kosmik gəmisinin ekipajının üzvləri Nil Armstronq, Edvin Bazz Oldrin və Maykl Kollinzin kərə yağından heykəlləri hazırlanıb. Maraqlı heykəllər Ohayo ştatında keçirilən illik kənd təsərrüfatı yarmarkasında nümayiş olunub. NASA-nın hər üç astronavtının fiqurları onların natural ölçülərində hazırlanıb.

Heykəltəraşlıq kompozisiyası Amerika bayrağı və Nil Armstronqun 1969-cu ilin iyulunda Ayın səthində qoyduğu izi ehtiva edir. CNN-in reportajında bildirilir ki, kompozisiyanın hazırlanmasında 907 kiloqram kərə yağından istifadə olunub. Sinsinatti şəhərindən olan heykəltəraşlar üçün ən mürəkkəb olan isə astronavtların skafandrlarının düzəldilməsi olub. Heykəltəraşlardan biri Aleksander Balz deyib: “Düzünü desək, skafandrların düzəldilməsi bizim üçün əsl imtahan oldu. Bələd olduğun əşyaları hazırlamaq asandır, skafandrlar isə...”

Bu kompozisiyanın Ohayo fermerlərinin yarmarkasında nümayişi də təsadüfi deyil. Aya ilk ayaq basan astronavt Nil Armstronq 2012-ci il avqustun 25-də Ohayo ştatının Sinsinatti şəhərində anadan olub. Yarmarkada kərə yağından düzəldilmiş digər heykəllər də nümayiş olunub. Buradakı inək və buzov heykəllərinin qulağında da “Apollon-11” yazılıb. (AzərTac)

DİGƏR XƏBƏRLƏR

Top