Aİ Moskvada aksiya zamanı saxlanılanlarla bağlı bəyanat yaydı - VİDEO


Avropa İttifaqı, 27 iyul Rusiyanın paytaxtı Moskvanın mərkəzində keçirilən razılaşdırılmamış aksiya zamanı etirazçılarının saxlanılmasını "söz və yığıncaq azadlığının pozuntusu" kimi dəyələndirdi.

Bu haqda Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiçin bəyanatında deyilir.

"Biz gözləyirik ki, Rusiya Federasiyasının hakimiyyəti qarşıdakı yerli seçkilərin (2019-cu ilin sentyabrında) keçirilməsi vaxtı ATƏT və başqa beynəlxalq qurumlar qarşısındakı öhdəliklərinə hörmətlə yanaşacaq", - bəyanatda deyilir.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1000-dən çox insanı saxlayıblar.(report)

DİGƏR XƏBƏRLƏR

Top