Gürcüstanın Samtsxe-Cavaxeti rayonunda 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İnterpol"un axtarış siyahısında yer alan, 2015-ci ildə sui-qəsd cəhdində şübhəli sayılan 1989-cu il təvəllüdlü T. C Samtsxe-Cavaxeti Polis Departamentinin Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Məlumatnda hazırda ekstradisiya prosedurlarının başladıldığı qeyd olunub.