Sabah hava necə olacaq? - PROQNOZ


Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25°, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti 

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə leysan
xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 12-17° isti,
gündüz 19-24° isti təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top