300 kiloqramlıq xəstə qeyri-adi yolla təxliyyə edildi


Qaraçay-Çərkəz Respublikasında xilasetmə xidməti qeyri-adi əməliyyat həyata keçirib.

Xilasedicilər çəkisi 300 kq olan xəstəni təxliyyə ediblər.

Bildirilir ki, həmin şəxs insult keçirib.

Onun xəstəxanaya çatdırılması həkimlər üçün qeyri-mümkün olub.

Buna görə də xilasetmə xidmətinə məlumat verilib.

Ağırçəkili xəstə koma vəziyyətində mənzilin pəncərəsindən qaldırıcı kranın köməkliyi ilə çıxarılıb və xəstəxanaya çatdırılıb.

Hazırda o, yerli xəstəxanada həkim nəzarəti altındadır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top