Rus, özbək və qazax ayaqyoludan Cənubi Koreyaya qaçmaq istədilər

Üç nəfər Seulda, İnçxon beynəlxalq aeroportunun uçuş zolağındakı ayaqyolunun damından qaçmaq istəyərkən saxlanılıb.

34 yaşlı rus, 26 yaşlı özbək və 25 yaşlı qazax Koreya ərazisinə keçmək istəyiblər. Aeroportun immiqrasiya şöbəsinin verdiyi məlumata görə, onları ölkəyə buraxmayıblar. 

Bu üç nəfər turist adı altında iş tapmaq üçün Koreyaya qaçmağa cəhd göstəriblər. Hər halda, onları vətənlərinə geri qaytaran koreyalı məmurlar belə düşünür.

Sərhədi qeyri-qanuni keçmək istəyən bu üç nəfəri deportasiya olunanlar üçün ayrılan otağa salıbar. Onlar beləcə tanış olublar və aeroportdan qaçıb, Cənubi Koreyaya keçməyə çalışıblar. Ayaqyoluya girib, dama çıxıb, ventilyasiya şaxtaları vastiəsilə aeroportun o biri hissəsinə keçməyə başlayıblar. Amma özlərini şübhəli apardıqlarından onlar məqsədlərinə nail ola bilməyiblər. //oxu.az

DİGƏR XƏBƏRLƏR

Top