Cəlilabadda "tok" vuran gənc ilahiyyatçının oğlu imiş - FOTO/YENİLƏNİB


Cəlilabad rayonunda baş vermiş ölüm hadisəsinin bəzi təfərrüatları məlum olub.

Yeniavaz.com publika.az-a istinadən xəbər verir ki, Cəlilabad şəhərində yerləşən və "İran bazarı" adı ilə tanınan ticarət mərkəzində bədbəxt hadisə nəticəsində vəfat edən 21 yaşlı Murtəza Məmmədov rayonun tanınmış ilahiyyatçılarından olan Həsən Məmmədovun oğludur. Bir neçə il əvvəl qanunsuz aksiya zamanı həbs edilən və daha sonra azadlığa buraxılan ilahiyyatçının oğlu bazarın damında təmir işinə kömək edərkən ehtiyatsızlıq nəticəsində elektrik naqilinə toxunub. 21 yaşlı oğlan hadisə yerində vəfat edib.

27 iyul - 23:45***

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, 1998-ci il təvəllüdlü yerli sakin Məmmədov Mürtəza Həsən oğlunu rayon ərazisində yerləşən ticarət mərkəzilərindən birində elektrik cərayanı vuraraq öldürüb.

Qeyd edək ki, mərhum hərbi xidmətdən yenicə qayıdıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top