Moskvada polislərin aksiyaçılara müdaxiləsinin yeni görüntüləri yayıldı - VİDEO


Moskva Şəhər Dumasına keçiriləcək seçkilərdə müstəqil namizədlərin iştirakına icazə verilməməsinə etiraz edənlərə qarşı polis müdaxiləsinin yeni görüntüləri yayılıb. Görüntülərdən də görünür ki, polislər hər iki tərəfdən aksiya iştirakçılarını mühasirəyə alır və onların bəzilərini yaxınlıqdakı bölmələrə aparır.

Qeyd edək ki, Kremlin dəstəklədiyi namizədlərin populyarlığı azalmaqdadır və müxalifət nümayəndələri paytaxtda dəstək qazanacaqlarına inanırlar. Lakin onların bir çoxunun kifayət qədər dəstək imzası olmadığına görə seçkilərdə iştirak etmələrinə icazə verilmir.

Müxalifət liderləri isə xalqı, bunun yalnız Moskva məsələsi deyil, bütün Rusiyadakı siyasi səhnənin bir təzahürü olduğuna inandırmağa çalışırlar.
 



27 İyul 23:35***
Moskvada keçirilmiş icazəsiz etiraz aksiyasında saxlanılanların sayı 1000 nəfəri keçib.

“TASS” agentliyinin məlumatına görə, icazəsiz etiraz aksiyasında müxtəlif qanun pozuntularına görə 1074 nəfər saxlanılıb.

Moskva polisinin açıqlamasına görə, aksiyada ümumilikdə 3500-dən çox adam iştirak edib.

 


17.05
Hazırda bir qrup rusiyalı  Moskva Şəhər Dumasına keçiriləcək seçkilərdə müstəqil namizədlərin iştirakına icazə verilməməsinə etiraz edirlər.
Yeniavaz.com "euronews"ə istinadla xəbər verir ki, polis əməkdaşları paytaxtın regional parlamenti olan Moskva Şəhər Dumasına seçkilər üçün namizədlərin qeydiyyata alınmasını tələb edən etirazçılara görə bir küçəni bağladılar.
Müxalifət nümayəndələri deyir ki, Rusiya hakimiyyəti nümayişin pərdələnməsi ümidi ilə onları qorxutmağa çalışır.
Bildirilir ki, Rusiya polisi etiraz ərəfəsində ən az 359 nəfəri Moskvada saxlayıb. Həmçinin Kremli ən çox tənqid edənlərdən Aleksey Navalni insanları etiraz aksiyasına çağırdığına görə 30 gün həbs edildi.
Qeyd edək ki, Kremlin dəstəklədiyi namizədlərin populyarlığı azalmaqdadır və müxalifət nümayəndələri paytaxtda dəstək qazanacaqlarına inanırlar. Lakin onların bir çoxunun kifayət qədər dəstək imzası olmadığına görə seçkilərdə iştirak etmələrinə icazə verilmir.
Müxalifət liderləri isə xalqı, bunun yalnız Moskva məsələsi deyil, bütün Rusiyadakı siyasi səhnənin bir təzahürü olduğuna inandırmağa çalışırlar.
Müxalif liderlərdən Qudkovun bu sözü isə etirazçıları daha da cəsarətlindirib: "Küçələrə çıxın, rahat divanınızdan ayrılın, çünki divan sizin tabutunuzdur".

DİGƏR XƏBƏRLƏR

Top