ABŞ prezidentliyinə namizəd qondarma "erməni soyqrımı"nı tanıyacağını bildirib


Demokratlar Partiyasının senatoru və ABŞ prezidentliyinə namizəd Berni Sanders iyulun 26-da qondarma "erməni soyqrımı" ilə bağlı açıqlama verib.
Yeniavaz.com "irishsun" qəzetinə istinadla xəbər veir ki, o, etnik və müstəqil mətbuatın üzvləri ilə görüşü zamanı prezident seçiləcəyi təqdirdə qondarma "erməni soyqrımı"na düzgün müraciət edəcəyini bildirib.
B. Sanders qondarma "erməni soyqrımı"nı dəstəklədiyini ictimaiyyət qarşısında bir daha dilə gətirib. O bildirib ki, prezidentliyi müddətində ilk dəfə tarix aprelin 24-ü göstərdiyi zaman "Erməni soyqrımı" sözünü dilə gətirəcək. O jurnalistlərin ""Erməni soyqrımı" sözünü rəsmi olaraq istifadə edəcəksinizmi?" sualına belə cavab verib: "Bəli, düşünürəm ki, bu haqda mübahisə artıq bitdi".
Senator Sanders hazırda Senator Bob Menendez və Ted Cruzun rəhbərlik etdiyi "Erməni Soyqırımı" qətnaməsinin 18 tərəfdarı arasındadır.
Qeyd edək ki, görüşdə senator Sanders ekoloji irqçilik, mərkəzləşdirmə, səhiyyə xidmətlərinə çıxış və immiqrasiya kimi mövzuları da müzakirə etdi.
 

DİGƏR XƏBƏRLƏR

Top