Suriyalılar İstanbulda etiraz aksiyası keçirməyi planlaşdırırlar - SƏBƏB


Türkiyədə yaşayan suriyalılar İstanbul valiliyinin verdiyi qərara etiraz olaraq aksiya keçirməyi planlaşdırırlar.
Yeniavaz.com "euronews"ə istinadla xəbər verir ki, valiliyin verdiyi qərara əsasən İstanbulda qeydiyyatda olmayan suriyalılar 20 avqusta kimi şəhəri tərk etməli və onlara verilən qeydiyyat vərəqələrində göstərilən ünvanlarda məskunlaşmalıdırlar. Bu qərara etiraz əlaməti olaraq isə İstanbulda yaşayan suriyalılar Fatih rayonundan başlayaraq geniş miqyaslı aksiyalar keçirməyi planlaşdırırlar.
Buna səbəb isə suriyalı ailələrin qeydiyyatlarının fərqli-fərqli vilayətlərdə olmasıdır.
Hazırda İstanbulda 540 min suriyalı qeydiyyatdadır, ancaq buna baxmayaraq 2015-ci ildən etibarən ölkədəki suriyalıların böyük bir qismi İstanbulda məskunlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top