
Hindistanda Mumbay-Kolapur qatarı güclü yağışlar nəticəsində yaranmış selin ortasında qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, qatarın içində 700 sərnişin var. Yerli mətbuatın verdiyi məlumata əsasən güclü sel səbəbilə qatar Vanqay qəsəbəsində durub və suların ortasında qalıb.
Qatarda köməksiz qalan 700 nəfərdən 200 nəfəri xilas edilib ki, bunlar da əsasən qadınlar və uşaqlardır.
Xilasetmə tədbirləri davam etdirilərkən qatarın olduğu yerə iki helikopter və 6 xilasedici qayığın göndərildiyi bildirilir.