Hollivud ulduzu Stiven Siqal Bakıda - FOTO


"JARA 2019" Beynəlxalq Musiqi Festivalının qonaqları sırasına Hollivud ulduzu Stiven Siqal da qatılıb.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, ulduz Bakıya Monqolustandan olan xanımı ilə təşrif buyurub.

Festivalı çox bəyəndiyini vurğulayan aktyor bildirib: "Emin mənim dostumdur və mən böyük məmnuniyyətlə onun Bakıya dəvətini qəbul etdim. Yenidən Azərbaycanda olmağıma çox şadam. Xəzər sahilində dincəlmək, bu möhtəşəm festivalda iştirak etmək xoşdur".

Qeyd edək ki, "JARA-2019" musiqi festivalı 25-28 iyul tarixində Xəzər dənizinin sahilindəki ən gözəl istirahət mərkəzlərinin birində keçirilir. Bu il "JARA 2019"da 250-ə yaxın sənətçi iştirak edir.

DİGƏR XƏBƏRLƏR

Top