
Bakıda avtoservisdən 34 min manat oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, hadisə iyulun 19-da baş verib.
Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki avtoservislərin birindən 34000 manat pul oğurlamaqda şübhəli bilinən, orada usta işləyən Siyəzən rayon sakini C.Nurbabazadə saxlanılıb.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                