Tramp Fransa prezidentinə "ağılsız" dedi


ABŞ prezidenti Donald Tramp, Fransanın ABŞ şirkətləri də daxil olmaqla böyük texnologiya şirkətlərinə tətbiq etdiyi vergilərə çox sərt reaksiya verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Tramp "Twitter"də yazdığı açıqlamada Fransanın bu addımına etiraz edib və Emmanuel Makronu "ağılsız" adlandırıb: "Fransa Amerikanın böyük texnologiya şirkətlərinə əlavə vergilər tətbiq edib. Əgər bu şirkətlərə vergi tətbiq olunacaqsa buna ancaq öz ölkələri, yəni ABŞ edə bilər. Makronun bu ağılsızlığına ən qısa müddətdə cavab verəcəyik. Hər zaman Amerika şərabının Fransa şərabından daha yaxşı olduğunu vurğulamışam".
Qeyd edək ki, Fransa Mill Məclisi "Google", "Apple", "Facebook", "Amazon" kimi internet nəhənglərinin Fransada qazandığı gəlirlərdən vergi alınması üçün hazırlanmış qanun layihəsini iyulun 11-də qəbul etmişdi.
Qanuna əsasən bu şirkətlər Fransada əldə etdikləri gəlirlərinin 3 faizini vergiyə ödəyəcəklər. Fransanın bu üsulla bu il 400, gələn il isə 650 milyon avro əldə edəcəyi ehtimal olunur.

DİGƏR XƏBƏRLƏR

Top