Bakıda ərə getdiyi kişi evli çıxdı - Özü də hamilədir


Bakıda ər hamilə arvadından imtina edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, 8 aylıq hamilə olan qadın çıxılmaz vəziyyətdə qalıb:

“Qızın anasıyla atası çoxdan ayrılıb. Anası sonradan başqa kişiyə ərə gedib. Qız isə atasının yanında böyüyüb. Ata anaya olan qəzəbini qızından çıxıb. Ona qarşı zorakılıq edib. Axırda qız anasının razılığı ilə 32 yaşlı kişiyə ərə gedib. Bunların rəsmi nikahı olmayıb. Sən demə, həmin adam evlidir, iki uşağı da var. Hazırda sığınacağda olan qadın 8 aylıq hamilədir. Ərinə zəng vurub danışırıq, deyir ki, mənə lazım deyil, körpəni aparıb uşaq evinə qoysun. Qız indi ortalıqda qalıb”.

DİGƏR XƏBƏRLƏR

Top