Silahlı dəstə hava limanından 750 kq qızıl oğurladı - ANBAAN VİDEO


Braziliyada silahlı, 8 nəfərdən ibarət dəstə ABŞ və İsveçrəyə aparılması planlaşdırılan 750 kiloqram qızılı hava limanından oğurlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə San-Paulo əyalətindəki beynəlxalq hava limanında baş verib. Yerli mətbuatda yayılan xəbərlərə əsasən 8 nəfər silahlı şəxs, saxta federal polis avtomobilləri ilə hava limanına daxil olaraq 123 milyon dollar dəyərindəki 750 kiloqram qızılı oğurlayıblar.
Polisin başlatdığı əməliyyat-axtarış tədbirləri nəticəsində əyalətin şərqində sahibsiz iki ədəd saxta federal polis avtomobili tapılıb. Bildirilib ki, oğrular iz itirmək üçün iki dəfə nəqliyyat vasitələrini dəyişmiş ola bilərlər.
Polisin bir digər açıqlamasında isə bildirilir ki, qızılların daşınmasından məsul olan şirkətin əməkdaşlarından birinin yaxın qohumu bir gün əvvəl əsir götürülüb.
Hadisə zamanı ölən və yaralanan olmayıb. Polis geniş əməliyyat-axtarış tədbirləri başladıb.
Qızılların oğurlandığı anlar isə təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top