Ərdoğan Davudoğlu, Gül və Babacanı xəyanətdə ittiham etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən AKP (Ədalət və İnkişaf Partiyası) ilə yollarını ayırmış siyasətçiləri tənqid etdi.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, R. T Ərdoğan AKP-nin əyalət rəhbərləri ilə keçirdiyi iclasda qalmaqallı açıqlamalar edib:
"Bu gün AKP-nin qapısı buraya gələn hər kəsə açıqdır. Ehtiraslarına, acgözlülüklərinə, bacarıqsızlıqlarına görə yollarımızı ayırdığımız şəxsləri bir tərəfə qoysaq, demək olar ki, AKP ilə gözlərini açan və həyatının ən mənalı illərini burada yaşayan bir kütləyə sahibik".
Ərdoğan adı tez-tez yeni siyasi partiya qurmaqda hallandırılan Əhməd Davudoğlu, Abdullah Gül və Əli Babacanı xəyanətdə ittiham edib:
"Bəzi şaiyələr var. Bu şaiyələrə inanmayın, biz öz yolumuza baxaq. Bəzi şəxslər yeni partiya yaradacaqmış, fikir verməyin. Belə xəyanətkar insanlar etdiklərinin ağır nəticələrini də görəcəklər".
Ərdoğan bundan əvvəl də AKP-dən ayrılmış şəxslərin partiya qurduqlarını xatırladıb: "İndi bunların adını çəksəm, heç kim xatırlamaz".

DİGƏR XƏBƏRLƏR

Top