Trampdan Zelenskiyə TƏKLİF


Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, D.Tramp ilk növbədə Ukrayna lideri V.Zelenskini “Xalqın xidmətçisi” partiyasının seçkilərində qalib gəlməsi münasibəti ilə təbrik edib. D.Tramp eyni zamanda Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və islahatların həyata keçirilməsində kömək etməyə hazır olduğunu bildirib.
Öz növbəsində V.Zelenski  D.Trampa ABŞ-ın Rusiya Federasiyasına qarşı sanksiyaların qorunması və gücləndirilməsi səylərinə görə təşəkkür edib.
Prezidentlər, V.Zelenskinin ştatlara səfəri zamanı Ukrayna-Amerika əməkdaşlığını ətraflı müzakirə etmək barəsində razılığa gəliblər.
 

DİGƏR XƏBƏRLƏR

Top