Sabiq prezidentə küçədə hücum edildi - VİDEO


Bir qrup şəxs Ukraynanın eks prezidenti Petro Poroşenkoya küçədə hücum edib.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Ukraynanın sabiq prezidenti avtomobildən düşən zaman hücuma məruz qalıb. Hadisə, P.Poroşenko “Kuznitsa na Rıbalskom” zavodunun satışı barədə ifadə verməsindən sonra baş verib.
Mühafizəçilər dərhal hücumun qarşısını alıblar. Buna baxmayaraq hücumçulardan biri mühafizəçinin gözünə qaz spreyi vurub.
Bundan sonra hadisəyə polis müdaxilə edib və hadisəni törədən şəxslər axtarışa verilib.

DİGƏR XƏBƏRLƏR

Top