Türkiyəli aktyor Mehmet Akif Alakurt Türk bayrağına hörmətsizlik etdiyi üçün haqqında cinayət işi açılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor “instagram” hesabında Türkiyənin bayrağını paylaşaraq "Bu RIFKI cumhuriyyətinin bayrağı deyil mi?" sözlərini qeyd etmişdi. Bu yazıdan qəzəblənən aktyorun izləyiciləri daha sonra polisə şikayət edib.
Araşdırma nəticəsində M.A.Alaturkun dövlətin suverenliyini açıq şəkildə təhqir etdiyi məlum olub və haqqında cinayət işi açılıb.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Mehmet Akif Alakurt “Zeytin Dalı”, “Hacı”, “Sıla”, “Adanalı” , “Reis”, “Fatih” kimi seriallarda rol alıb.