
Borispol şəhər şurasının katibi Yaroslav Qodunoku Ukrayna Prezidenti Vladimir Zelenskini məhkəməyə verir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Y.Qodunok “Facebook”da məlumat verib:
“Bu gün məşhur və cəsarətli vəkil Dmitri Kalko ilə müqavilə bağladım. Digər vəkillərin hamısı prezidenti məhkəməyə verməkdən çəkinirlər”.
Qeyd edək ki, əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski iclasdan Borispol şəhər şurasının katibi Yaroslav Qodunoku "quldur" adlandıraraq iclasdan qovmuşdu. Hadisədən sonra Y.Quodunok Ukrayna dövlət başçısını əxlaqsız adlandırıb və bu hərəkətinə görə onu bağışlamayacağını bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz