Ukrayna Kerç boğazında ələ keçirdiyi Rusiya gəmisinin dənizçilərini sərbəst buraxıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Strana.ua” saytı məlumat verib.
Məlumata görə, dənizçilər artıq Moskvaya göndərilib. Rusiyanın Kiyevdəki səfirliyi dənizçilərin sərbəst buraxılmasını təstiqləyib.
Qeyd edək ki, ötən gün Ukrayna donanması Rusiyanın “Neyma” adlı tankerini ələ keçirdib.
Həmçinin millət vəkili Vadim Novinski “İzvestiyaya verdiyi açıqlamada bu işdə Ukraynanın eks prezidenti Petro Poreşenkonun əli olduğunu iddia edib.