Gürcüstanın sabiq müdafiə naziri saxlanılıb

Gürcüstanın keçmiş müdafiə naziri, “Qalib Gürcüstan” müxalif siyasi hərəkatının lideri İrakli Okruaşvili saxlanılıb.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, siyasətçi “Rustavi 2” televiziya kanalında yayımlanan “Vanonun şousu” verilişində iştirak edib.

Teleşirkəti tərk edən İ.Okruaşvili polis tərəfindən saxlanılıb.

Müxalifətçinin hansı səbəbdən saxlanıldığı hələ məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top