Dənizdə batan 3 gəncin meyiti tapıldı

Neftçalada dənizdə batan 3 gəncin meyiti tapılıb.

Yeniavaz.com xəbər verir ki, bu gün axşam saatlarında Aşağı-Mil-Muğan kollektorunun dənizə töküldüyü yerdə batan gənclərin axtarışı başa çatıb.

FHN-nin dalğıc-xilasediciləri tərəfindən rayonun Həsənabad qəsəbə sakinləri, 1990-ci il təvəllüdlü Babayev Fərid Namiq oğlu, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu və 1992-cü il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyitləri batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top