İstanbulun Mərtər rayonunda azərbaycanlı iş adamı tapançadan açılan atəş nəticəsində yaralanıb.
Yeniavaz.com yenicag.az-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamı ailə üzvləri ilə axşam saatlarında evə qayıdarkən, yaşadığı binanın qarşısında silahlı hücuma məruz qalıb.
Məlumata görə, iş adamı naməlum şəxslərin açdığı 4 atəş nəticəsində ayağından güllə yarası alıb. Yaralı iş adamı dərhal xəstəxanaya çatdırılıb. Araşdırmalarımız nəticəsində İstanbulda yaralanan şəxsin iş adamı Rasim Babayev olduğu müəyyən edilib.
Ehtimala görə, Rasim Babayevə sui-qəsd edilməsinin əsas səbəbi onunla köhnə iş ortaqları arasında baş vermiş narazılıqlardır.