Dünya məşhurları dəbdəbəli “Jara” festivalında


Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən festival hər yay Xəzər dənizinin sahilində keçirilir.
Yeniavaz.com xəbər verir ki, festivalda Azərbaycan və Rusiya ilə yanaşı xarici ölkələrin sənət nümayəndələri də iştirak edirlər. 4 gün davam edəcək festivalda on minlərlə tamaşaçı iştirak edir. Hər il olduğu kimi bu il də bir çox dünya məşhurları Bakıya gəliblər. Onlar arasında italyan müğənni Alessandro Safina, rusiyalı məşhurlar Yulia Baranovskaya, Asti, Olqa Buzova, Lyubov Uspenskaya, Rita Dakota, Rusiyalı sənətçi Flipp Kirkorov və başqaları yer alıblar. Ümuilikdə “Jara 2019” musiqi festivalına 70-dən çox müğənni gələcəyi bildirilib.
Paytaxtımızda “Jara”nı sevənlərlə yanaşı bölgələrimizdən bu festifala axın edənlərin sayı da az deyil. Böyükdən-kiçiyə hər kəsin marağına səbəb olan festivalın bu ilki bilet qiymətləri ötən illərə nisbətən yüksək olub.  Hər il festival biletlərinin qiyməti maxsimum 400 AZN təşkil etdiyi halda bu il qiymət 500 AZN olub.
Xatırladaq ki, 2017-ci ildə keçirilən “Jara” festivalına Azərbaycanlı iş adamı Emin Ağalarov 5 milyon dolar vəsait xərcləmiş və 2,5 dollar ziyana düşmüşdü.  Bu pullar Rusiyadan gələn sənətçilərin qonararlarına və onların xərclərinə sərf olunmuşdu.  Nəzərə alsaq ki, “Jara” hər dəfə Ağalarovun Nardaranda yerləşən öz şəxsi malikanəsi “Sea Breeze”də keçirilərək bəzi xərclərə qənaət etmiş olur. Əks halda xərclərin daha da çox olması qaçınılmaz olardı.  E.Ağalarov eyni zamanda ziyana düşməsinin səbəblərindən birini biletlərin ucuz olması ilə əlaqələndirmişdi. Məlumata görə Ağalarov 2016-cı ildə isə 1,4 dollar ziyana düşmüşdü. Ötən illərdə gəlirləri xarici müğənnilərin qonararlarına xərclədiyini bildirən E.Ağalarov bu il ki, açıqlamasında müğənnilərin Bakıya pulsuz gəldiyini deyib: “ Onlar üçün əsas maliyyə deyil, burada iştirak etməkdir. İştirak üçün onlara heç bir pul ödənmir”.
Qeyd edək ki, "Jara" iyulun 28-nə kimi davam edəcək. Festivalda Xalq artisti Aygün Kazımova ilə rusiyalı ifaçı Filipp Kirkorov duet oxuyacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top