Türk olduğu deyilən İngiltərənin yeni baş naziri qardaşını nazir təyin etdi


İngiltərənin yeni baş naziri Boris Conson qardaşı Co Consonu nazir təyin edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Tereza Meydən hökuməti təhvil alan Boris Consonun təyin etdiyi yeni nazirlər kabinetində öz qardaşı Co Consonun da adı var.
Baş nazir İqtisadiyyat, Energetika və Sənaye Strategiyası Nazirliyi və Təhsil Nazirliyini öz qardaşının öhdəliyinə verib. Ona həmçinin sadəcə yüksək səlahiyyətli nazirlərin iştirak etdiyi iclaslara da qoşulmaq hüququ verilib.
Co Conson T. Meyin iqtidarı zamanında da Nəqliyyat nazirliyində London şəhərinə nəzarət edən şəxs kimi fəaliyyət göstərmişdi. O, Tereza Meyin "Brexit" (İngiltərənin Avropa İttifaqından çıxması üçün hazırlanan qanun layihəsi) layihəsinə etiraz əlaməti olaraq öz vəzifəsindən istefa etmişdi.
Co Consonun baş nazir olan qardaşı Boris Conson ilə də sözügedən layihədə fikir ayrılıqları var.
Qeyd edək ki, İngiltərənin yeni baş naziri Boris Conson türk əsilli olması ilə gündəmdədir.

DİGƏR XƏBƏRLƏR

Top