Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Rusiya mediasında ölümü ilə bağlı yayılan xəbərlər haqqında ilk dəfə danışıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, 9 günlük fasilədən sonra dövlət televiziyasına çıxan prezident Aşqabad şəhərində bir sıra tikinti lahiyələrinin başlanması xəbərini verib.
“TDH” Dövlət xəbər agentliyinin bildirdiyinə görə, Q.Berdiməhəmmədov iyulun 15-dən etibarən "əmək məzuniyyətində" olub.
Qeyd edək ki, bundan əvvəl Rusiya mediasında Q.Berdiməhəmmədovun ölümü ilə bağlı bir sıra xəbərlər yayılmışdı.