Şimali Koreya qısamənzilli raketləri sınaqdan keçirdi


Cənubi Koreyanın səlahiyyətli şəxsləri, bir müddətdir ABŞ-la danışıqlar aparan Şimali Koreyanın iki ədəd qısamənzilli raketi sınaqdan keçirdiyini iddia ediblər.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyindən verilən məlumatda raketlərin 50 kilometr havalandığını və 430 kilometr qət edərək Yapon dənizinə düşdüyü iddia edilir.
Aparılan sınaqları özlərinə qarşı ciddi hərbi təhdid olaraq gördüklərini açıqlayan Cənubi Koreyanın Müdafiə Nazirliyi, Şimali Koreyanı bölgədəki təzyiqi artırmamağa çağırıb.
ABŞ və Yaponiyadan verilən açıqlamalarda isə Şimali Koreyanın raket sınaqdan keçirdiyi təsdiqlənib. Yaponiyanın baş naziri Şinzo Abe raketlərin Yaponiya üçün təhdid olmadığını, ancaq bu məsələdə rəsmi Vaşinqtonla danışacaqlarını bildirib.
Qeyd edək ki, bu, ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın rəhbəri Kim Çen İnın ötən aykı görüşündən sonra Şimali Koreyanın həyata keçirdiyi ilk raket sınağıdır.

DİGƏR XƏBƏRLƏR

Top