İlon Maskın kosmik gəmisi yandı - VİDEO


İlon Maskın sahibi olduğu "SpaceX" şirkətinə məxsus kosmik gəmi havaya qalxmağa hazırlaşarkən yanmağa başlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, şirkətin mütəxəssisləri kosmik gəmidə əhəmiyyətli dərəcədə problemin olmadığını bildiriblər.
ABŞ-ın Kaliforniya ştatında yerləşən və mərkəzi Hautorn şəhəri olan "SpaceX" - kosmik nəqliyyat şirkətinə məxsus "Starhopper" adlı kosmik gəmi, sınaq əhəmiyyəti daşıyan qalxış zamanı alovlanıb.
Qeyd edək ki, sınaq əhəmiyyətli qalxış Texas ştatında yerləşən Boka-Çika adlı ərazidə həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top