19 yaşlı gənc uşağı PİTBULUN əlindən xilas etdi, özü yaralandı - VİDEO


ABŞ-da küçədə dostları ilə oynayan bir uşağa pitbul hücum edib. Pitbulun başından dişlədiyi uşağın imdadına isə 19 yaşlı qonşusu yetişib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ölkənin Texas ştatında baş verib. 6 yaşlı Mason Lindeman evlərinin həyətində digər uşaqlarla oynayarkən pitbul cinsli itin hücumuna məruz qalıb. Digər uşaqlar hadisə yerindən qaçaraq uzaqlaşsa da, 19 yaşlı Qrant Braun Lindemanı xilas etmək üçün hadisə yerinə qaçıb. daha sonra pitul Lindemanı buraxıb və Qranta hücum edib. Lindeman isə evlərinə qaçıb.
Qrant Braun isə pitbulun hücumu nəticəsində əlindən yaralanıb. Başından yaralanan Lindeman isə xəstəxanaya aparılıb və yaraya tikiş atılıb.
Uşağı xilas edən Qrant Braun hadisəni gördüyü anda düşünmədən belə bir addım atdığını bildirib. Lindemanın anası isə Brauna minnətdarlığını belə dilə gətirib: "O insanı sadəcə qucaqlamaq istəyirəm. Edəbiləcəyim heç nə yoxdur, minnətdaram".

DİGƏR XƏBƏRLƏR

Top