KİV-də Arif Alışanovun tanınmış aparıcı ilə ailə qurması xəbəri yayıldı - FOTO/VİDEO


AzTV QSC-nin sabiq sədri Arif Alışanov yenidən ailə qurub.

Yeniavaz.com xəbər verir ki, bu haqda Gununsesi.org məlumat yayıb. Xəbərə görə, o “Mədəniyyət” kanalının aparacısı, həmçinin televiziyanın solisti Ayşən Məstanova (Şakirqızı) ilə nigaha girib. 

Cütlüyün izdivacdan bir oğlu var. Mənbə bildirib ki, həyat yoldaşı A.Alışanov işdən azad edildiyi gün telekanalı tərk edib.

Xatırladaq ki, Arif Alışanov bu il yanvarın 15-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla AzTV sədrliyindən azad edilmişdi. Bundan az əvvəl xanımı, Hesablama Palatasının auditoru Mehriban Alışanova keçmiş sədrdən boşanıb.

Mehriban Alışanova hazırda Hesablama Palatasının beş auditorundan biridir. Onların bu evlilikdən üç övladı var.

Keçmiş sədr bir müddət əvvəl zərərçəkmiş kimi tanındığı məhkəmə işinə görə gündəmə gəlib və prosesin gedişatında ona qarşı kifayət qədər ciddi korrupsiya ittihamlar səslənmişdi.


DİGƏR XƏBƏRLƏR

Top