Boris Conson: "Atamın babası türk idi, ancaq..." - VİDEO


İngiltərənin yeni baş naziri Boris Conson bu vəzifəyə seçildikdən sonra onun türk əsilli olması xəbərləri də geniş populyarlıq qazanıb. Ancaq məlum olub ki, B. Conson 2005-ci ildə BBC-nin Özbəkistan müxbirinin bu mövzu ilə bağlı sualını cavablandırıb.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, o, bu suala belə cavab verib: "Atamın babası türk idi, ancaq mənim türk tərəfim zəifdir". O buna baxmayaraq Türkiyəni sevdiyini də vurğulayıb.
Qeyd edək ki, 55 yaşlı B. Conson Osmanlı dövlətinin daxili işlər naziri vəzifəsini icra etmiş Ali Kamalın nəticəsidir. B. Conson Ali Kamalın nəvəsi Stenli Consonun oğludur. Damat Fərid Paşa hakimiyyətində təhsil və daxili işlər naziri vəzifəsini icra etmiş Ali Kamalın atası Hacı Əhməd Rza Əfəndi, 1813-cü ildə Türkiyənin Çankırı vilayətinin Kalfat kəndində doğulub.

DİGƏR XƏBƏRLƏR

Top