Putinə qarşı sərt tənqidi ilə tanınan müxalifətçi həbs edildi - FOTO


Rusiyalı müxalifətçi Aleksey Navalnıy qanunsuz mitinq təşkil etdiyi üçün həbs edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, "Korrupsiya ilə Mübarizə Fondu"nun qurucusu, tanınmış müxalifətçi qanunsuz mitinq səbəbilə 30 gün müddətinə azadlıqdan məhrum edilib. Rusiya prezidenti Vladimir Putinə qarşı işlətdiyi sərt sözlərlə tanınan Aleksey Navalnıy səhər saatlarında idman etmək üçün evindən çıxarkən həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top