Azərbaycanda məşhur bankın əməkdaşını bıçaqladılar



"Unibank"ın işçisi Həsənov Aydın Sədrəddin oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yeniavaz.com xəbər verir ki, hadisə "Unibank"ın Mingəçevir filialının həyətində baş verib.
Hadisəni görən bank işçiləri H. Aydını təcili xəstəxanaya çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, yaralı bədənin müxtəlif nahiyələrindən bıçaq zərbələri alıb. Hazırda xəstənin vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top