Suda batdığı deyilən şəxs sağ çıxdı - Bakıda imiş


İki gün öncə Mingəçevir su anbarında, qeyri-çimərlik ərazidə (nəzarətsiz) FHN-in Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidməti tərəfindən axtarılan Şəki şəhər sakini Röyal Yusifovun sağ olduğu məlum olub.

Yeniavaz.com xəbər verir ki, əslində o, batmayıb.

Belə ki dostları ilə çimərliyə gələn R. Yusifov onlara xəbər vermədən birbaşa Bakıya gəlib.

R. Yusifovun dostları onun su anbarında batdığını düşünərək Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top