Oğurluğa gəldi, su borusuna düşdü, yanğınsöndürənlər xilas etdi


İranın paytaxtı Tehranın Şəhrəke-Qərb məntəqəsində oğru mənzilə su kondisionerinin borusu vasitəsi ilə daxil olmaq istəyərkən, orada ilişib qalıb.

Məlumata görə, Tehranın yanğınsöndürmə mərkəzinin əməkdaşları məlumat əsasında həmin şəxsi kondisioner borusundan çıxarıblar.

Polis həmin şəxsi saxlayıb.

Qeyd edək ki, İranda su kondisionerləri mənzillərin damında yerləşdirilir.//Trend

DİGƏR XƏBƏRLƏR

Top