Bu gün iki nəfər dənizdə batıb

Bakının Pirşağı çimərliyində iki nəfər dənizdə batıb.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, 2 nəfərin batması barədə məlumat daxil olub. 

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxslərin meyitlərini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Onların şəxsiyyəti dəqiqləşdirilir.

DİGƏR XƏBƏRLƏR

Top