“Qarabağ” “Dandolk”la heç-heçə elədi


Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gəlib. “Qarabağ” səfərdə keçirdiyi birinci oyunda hesabda öndə olsa da, üstünlüyü əldən verib. 

Görüş komandamızın üstünlüyü ilə start götürüb. 4-cü dəqiqədə Mahir Emreli hesabı açıb. Qoldan ruhlanan Azərbaycan çempionu ardıcıl hücumlar qurub, rəqib qapısı önündə təhlükəli anlar yaradıblar. 

Lakin ikinci hissədə ssenari dəyişib. "Dandolk" da hücumlarının kəsərini artırıb. Bunun nəticəsi olaraq, 78-ci dəqiqədə Patrik Hoban "Qarabağ"ın qapısına yol tapıb - 1:1. Bu, cari mövsüm qol buraxmayan ağdamlıların uğurlu seriyasını da qırıb. 

Hesab bərabərləşdikdən sonra hər iki komandanın şansı olsa da, bundan yararlanmaqda çətinlik çəkiblər. Səfərdə məğlub olmamaq isə "Qarabağ"ın işinə yaraya bilər. 

Qeyd edək ki, cavab matçı bir həftə sonra Bakıda olacaq. 

Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
24 iyul
22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:1
QOLLAR: 
Hoban, 78 - Emreli, 4
Baş hakim: Bartoş Frankovski
Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 18. Robert Benson, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 21. Daniel Kliri, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.
Qarabağ: 13. Vaqner da Silva, 2. Qara Qarayev, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 19. Filip Ozobiç, 21. Hacıağa Hacıyev, 30. Abbas Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk. “Oriel Park” stadionu

APA

DİGƏR XƏBƏRLƏR

Top