Bolqarıstanda yarım milyon donuz məhv ediləcək


Bolqarıstanda yeni bir Afrika donuz vəbası virusu yayılmağa başlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, buna görə ölkənin iki şəhərində fövqəladə vəziyyət elan edilib. Virusa görə 40 mindən artıq donuzun öldürüləcəyi gözlənilir.
Qida təhlükəsizliyi mütəxəssisi Aleksandra Miteva, Braşldun kəndində 40 mindən artıq donuzun saxlanıldığı bir fermada yeni bir virusun aşkarlandığını bildirib. , Miteva xəstəliyə görə donuzların hamısının məhv ediləcəyini bildirib. Ölkənin Ruz şəhərində də şənbə günü başqa bir fermada yenə virus aşkarlanmışdı. Nikolovo kəndindəki bütün donuzlar öldürülmüşdü.
Səlahiyyətli şəxslər bildirir ki, 31 iyula kimi davam edəcək fövqəladə vəziyyətin müddəti lazım gələrsə təkrar artırılacaq.
Mütəxəssislər isə iki şəhərdə ümumilikdə yarım milyondan artıq donuzun məhv edilə biləcəyini bildirirlər. Xəstəliyin insanlara təsiri olmadığı bildirilir. Hökumət xeyli sayda əsgər və polisi əraziyə cəlb edərək tədbirləri gücləndirib.

DİGƏR XƏBƏRLƏR

Top