
Tanınmış jurnalist Eynulla Fətullayev haqqın.az və virtualaz.org saytı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, o, "Qafqazinfo"ya açıqlamasında saytlarda texniki problemlərin yarandığını və artıq məsələnin həll olunduğunu qeyd edib:
"İki gün öncə, "Facebook" və "Watsapp"da ciddi problemlər yaşanmışdı. Təxminən 2 gün ərzində qlobal resurslar işləmirdi. Bu o deməkdir ki, Mark Zukerbeqi yenidən Senata çağırıblar? Bu cür şayiələr yayan bəzi mətbuat və resurslara demək istəyirəm ki, ona görə də çox zaman "jurnalistlərin" qatıldığı ziyafətlərdə iştirak etmirəm. Çünki özümü onlarla bir sırada görmürəm... Peşəkar deyilsiz anladım, heç olmasa ciddi olun".
Tətbiqimizi yükləyə bilərsiniz