Zelenski Kliçkonun vəzifədən azad edilməsini tələb etdi


Ukrayna Prezidenti Vladimir Zelenski hökumətdən Kiyevin meri Vitali Kliçkonun Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsini tələb edib.
Yenavaz.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Vasili Ryabçuk məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinə V.Kliçkonun işdən azad edilməsi məsələsinə baxılmasını xahiş edən rəsmi müraciət daxil olub: “Prezident Aparatı hələ Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbərinin çıxarılması ilə bağlı qəti qərar vermiyib”. 
Xatırladaq ki, iyulun əvvəlində məlum olub ki, V.Zelenski V.Kliçkonu vəzifəsindən kənarlaşdırmaq və bu vəzifəyə öz tərəfdarını təyin etmək niyyətindədir. Hazırda dövlət başçısının  bu istəyinə V.Kliçkonu əvəz etməyə hazır olan iki namizəd var. Onlardan biri “1 + 1” media holdinqinin baş direktoru Aleksandr Tukaşenko, digəri isə iş adamı Andrey Xaladovdur.
Qeyd edək ki, Vitali Kliçko Kiyevin meri və məşhur boksçudur. O, may ayında Azərbaycana səfəri zamanı Bakı şəhərində həyata keçirilən layihələri Kiyevdə tətbiq etdiklərini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top